Aliya (termin)

Aliyah (İvrit dilində: עֲלִיָּה) yəhudilərin diasporadan İsrail torpağına immiqrasiyasını bildirən termindir. Bundan əlavə, “yuxarı qalxmaq” (Qüdsə getmək) və “İsrail torpağından keçərək Aliyah etmək” kimi təyin olunan vəziyyət sionizmin əsas prinsiplərindən biridir.

Aliyahın əksi Yeridadır (İbranicə: ירידה), mənası “enmə” deməkdir. İsrailin Qayıdış Qanunu dünyadakı yəhudilərə, onların övladlarına və nəvələrinə avtomatik yaşayış və İsrail vətəndaşlığı hüququ verir.

Yəhudi xalqının tarixinin əksər hissəsində “Aliyah” özünü əsrlər boyu milli arzu kimi ifadə edib və diasporda yaşayan yəhudi xalqının həsrəti olmuşdur. O, ümumiyyətlə, XIX əsrin sonlarında sionist hərəkatının inkişafına qədər yerinə yetirilməmişdir. Yəhudilərin Fələstinə genişmiqyaslı köçü 1882-ci ildə başlanmışdır. 1948-ci ildə İsrail Dövlətinin qurulmasından bəri 3 milyondan çox yəhudi İsrailə köçmüşdür. 2014-cü ilə olan məlumata görə, İsrailFələstin ərazilərində birlikdə dünya yəhudi əhalisinin 42,9%-i yaşayır.


Developed by StudentB